Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iyulun 7-də Astara rayonunda bu rayonun və Lənkəran, Yardımlı, Masallı, Lerik rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri ilə əlaqədar müraciətləri cavablandırılacaq və müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görüləcək.