Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən 2017-ci ilin mart ayının 29-da saat 11ºº-da İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzində ( Heydər Əliyev pr., 59 ) Ağsu, Qəbələ, Qobustan, İsmayıllı və Şamaxı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Nazirlikdən FED.az-a verilən məlumata görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.
Sıra №-si |
Şəhər (rayon) |
əlaqələndirici şəxs |
əlaqə telefonu |
1. |
İsmayıllı rayonu |
Azər Abbasov |
(050) 354-18-38 (02028) 5-43-04 |
2. |
Ağsu rayonu |
Cavanşir Şeydazadə |
(050) 377-44-21 (02022) 6-47-72 |
3. |
Qəbələ rayonu |
Nargilə Qafarova |
(050) 677-84-10 (02420) 5-02-99 |
4. |
Qobustan rayonu |
Şəhriyar Soltan |
(070) 202-00-37 (02024) 5-00-08 |
5. |
Şamaxı rayonu |
Rafael Tağızadə |
(050) 669-92-55 (02026) 5-20-91a |