“Yaş insanın əmək fəaliyyəti üçün əngəl ola bilməz. İnsanın sağlamlığı, biliyi, bacarığı, vərdişləri imkan verdiyi təqdirdə o çalışmalıdır”.
Azərbaycanda 65 yaş həddinə çatan həkimlərin əmək müqaviləsinin bir ilədək uzadılması təklif olunur
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu gün keçirilən komitə iclasında Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunların müzakirəsi zamanı deyib.
“Yaş məhdudiyyətini onun üçün qoymuşuq ki, gənclərə daha çox yol açılsın. Biz daha çox iş yerləri yaratmaq barədə düşünməliyik, nəinki, yaşlı insanları məcburi istefaya göndərməklə gənclərə yol açmağı. Hər il əmək bazarına 120 min gənc gəlir. Bunları biz daha da yaxşı və yüksək maaşlı işlərə yerləşdirməliyik. Parlamentdə bu məsələlərin qalxması sosial sifarişdən doğur. Ölkədə orta ömür artır. İnsanların sağlamlığı imkan verdiyi təqdirdə, onlar çalışmaq istəyirlər. Ona görə aktiv məşğulluq tədbirlərini genişləndirməliyik”, - deyə komitə sədri qeyd edib