Masallıda evdən xeyli miqdarda pul oğurlanıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bala Kolatan kəndində qeydə alınıb. Kənd sakini, 1973-cü il təvəllüdlü, Qarabağ müharibəsi veteranı Məlik Əhməd oğlu Səmədova məxsus evə gündüz saatlarında naməlum şəxs və ya şəxslər girib.
Hadisə baş verən vaxt ailə üzvləri yaxın qohumlarının toyuna hazırlaşırmışlar. Evdən ümumilikdə 4000 manat oğurlandığı bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.