Maliyyə Nazirliyi Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrini təqdim edib.
FED.az xəbər verir ki, 2020-ci il və ortamüddətli dövrdə respublikanın milli iqtisadiyyat və iqtisadiyyatın başlıca sektorları üzrə Strateji Yol Xəritələrindən irəli gələn vəzifələrin icrası prioritet olacaq.
Eləcə də bax:Bu universitetdə müəllimlərin maaşı - 25 FAİZ ARTIRILDI
Eyni zamanda, dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsi üzrə tədbirlər büdcə xərclərinin əsas prioritetlərini təşkil edəcək.
2019-cu ildə artım istiqamətlərinin maliyyə tutumu 2,3 milyard manata bərabər olmaqla, 4,2 milyon nəfəri əhatə edib.
Layihədə göstərilib ki, sosialyönlü siyasətin prioritetliyi 2020-ci ildə də saxlanılmaqla, bəzi sahələr üzrə əməkhaqlarının artırılması nəzərdə tutulur.
2019-cu ildə tətbiq olunmuş və 2020-ci ilə proqnozlaşdırılan artımlar üçün növbəti ilin dövlət və icmal büdcələrində cəmi olaraq dörd milyard manatadək əlavə vəsait nəzərdə tutulub.
ena.az