Hollivud aktyoru Morqan Friman ABŞ-dakı “Türk Hava Yolları”nın yeni siması olub.
Rusiya mətbuatının yazdığına görə, hazırda 79 yaşlı M. Friman şirkətin reklam çarxına çəkilir.
Çarxın nümayişi “Superboul” kimi tanınan ABŞ-ın milli futbol liqası çempionatının final oyunu zamanı baş tutacaq. “Superboul” fevralın 5-də keçiriləcək.
Qeyd edək ki, “Türk Hava Yolları” Türkiyənin milli aviadaşıyıcısı olmaqla yanaşı, Avropanın ən böyük aviaşirkətlərindən biri sayılır.