SOCAR-ın Baş ofisində “İnsan Resursları funksiyalarının transformasiyası” layihəsi ilə bağlı toplantı keçirilib.
SOCAR-dan FED.az-e verilən məlumata görə, toplantıda, 2016-cı ildən tətbiq olunan “Səriştəliklərin idarə edilməsi” alt layihəsinin pilot zonalar üzrə strukturlardan seçilmiş əməkdaşlar üçün biznes və sistem prosesləri ilə əlaqədar maarifləndirmə təliminə start verildiyi bildirilib. Layihə qrupu üzvləri və “Azneft” İB-nin müvafiq rəhbər və mütəxəssislərinin iştirak etdiyi tədbirdə SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, Yataqların işlənməsi üzrə vitse-prezident Yaşar Lətifov, Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentin müavini Asif Şəfəqqətov, “Azneft” İB-nin Baş direktoru Daşqın İskəndərov, İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli, Personal və əmək haqqı şöbəsinin rəisi Qabil Musayev və SAP MDB-nin layihə meneceri İlya Kalaşnikov çıxış etmiş, layihənin SOCAR üçün əhəmiyyətindən danışılmış, görülmüş bir sıra işlər haqqında fikir mübadiləsi aparılmışdır.
Toplantıda SAP tərəfindən Layihə qrupu üzvlərinə keçirilmiş “Təlimçilər üçün təlimlər”, “Biznes təlimləri” və “Sistem təlimləri” haqqında məlumat verilmiş, bildirilmişdir ki, pilot zona üzrə seçilmiş 30 nəfər “əsas istifadəçi” 8 iş günü ərzində insan resurslarının idarə edilməsinin müasir konsepsiyaları, layihənin müxtəlif fazaları, proseslərin SAP HCM sistemi və İnsan Resursları portalı haqqında nəzəri və praktiki bilikləri işçilərə çatdıracaqlar.
6-10 mart tarixlərində təlimlərin nəzəri, 13-17 mart tarixlərində isə praktiki sistem hissəsi keçiriləcək. Mart ayının sonundan etibarən əsas istifadəçilərin 2-ci qrupu üçün təlimlər davam etdiriləcək. Aprel ayından etibarən isə “əsas istifadəçilər”in dəstəyi ilə Birliyin “son istifadəçilər” adlanan əməkdaşları üçün təlimlər keçiriləcəkdir. Bu müddətdə sistemlə birbaşa işləyəcək 463 nəfər rəhbər və digər kateqoriyalı işçiyə istehsalatdan ayrılmamaq şərti ilə distant formada təlimlər keçirilməsi planlaşdırılır. Layihənin sonunda təlimlərin effektivliyinin ölçülməsi üçün “əsas istifadəçilər” və “son istifadəçilər”in layihə üzrə bilikləri test vasitəsilə yoxlanılacaq.
“Azneft” İstehsalat Birliyi üzrə İnsan Resurslarının transformasiyası layihəsinə start verilib
14:34
7 Mart 2017