Rusiya və Türkiyə xarici işlər nazirləri arasında görüşün keçiriləcəyi Rusiya XİN-in Qəbul Evi ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Qəbul Evi “OMON” xüsusi təyinatlıları tərəfindən mühasirəyə alınıb.
Bu gün Moskva vaxtı ilə saat 11:00-da Sergey Lavrovla Mövlud Çavuşoğlu arasında görüş planlaşdırılır. Daha sonra isə Rusiya-Türkiyə-İran xarici işlər nazirlərinin Suriya münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli görüşü keçiriləcək.
apa.az©