Bu barədə FED.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov məlumat verib.
“ASAN Kommunal” mərkəzlərində vətəndaşlara “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB-nin 45 növ xidməti təqdim olunur.
Vətəndaşlar “ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətlər barədə ətraflı məlumatı 108 Çağrı mərkəzi, www.asan.gov.az internet səhifəsi vasitəsi ilə əldə edə bilərlər.
“ASAN Kommunal” mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.
Kommunal xidmətlər qeydiyyat məhdudiyyəti olmadan göstərilir
14:52
5 Sen 2017
Bu gündən etibarən vətəndaşlar ölkə üzrə qeydiyyat məhdudiyyəti olmadan 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərinə müraciət edərək kommunal xidmətlərdən yararlana bilər.