Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Ağdam rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilərək 29 mart 2017-ci il tarixinə keçirilib.
Komitədən FED.az-a verilən məlumata görə, qəbulda Ağdam, Bərdə, Ağcabədi, Xocavənd, Laçın rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsi:
(02020) 5-56-05, (02632) 5-07-65