25-26 yanvar 2017-ci il tarixlərində Finlandiyanın paytaxtı Helsinki şəhərində Avropa Statistikləri Konfransının Bürosu tərəfindən yaradılmış Keyfiyyətli məşğulluğun ölçülməsi üzrə İdarəetmə qrupunun iclası keçirilib. İclasa İdarəetmə qrupunun üzvü, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsinin müdiri Nemət Xuduzadə qatılıb.
Komitədən FED.az-a verilən məlumata görə, görüşdə İdarəetmə qrupuna üzv olan ölkələrin (ABŞ, Kanada, Azərbaycan, Almaniya, Finlandiya, İsveçrə, İtaliya və İsrail) milli statistika orqanlarının və 6 beynəlxalq təşkilatın (BMT-nin Avropa İqtisadi Komissiyası, Avrostat, BƏT, İqtsadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Yaşayış və İş şəraitinin yaxşılaşdırılması üzrə Avropa Fondu (Avrofond) və Qloballaşan İqtisadiyyatın Qeyri-formal sektorunda Qadınlar (WIEGO)) mütəxəssisləri iştirak ediblər.
Keyfiyyətli məşğulluq üzrə göstəricilərin milli səviyyədə əldə olunma imkanlarını öyrənmək məqsədi ilə təşkil edilən tədbirdə ölkələrin milli statistika orqanları ilə məsləhətləşmə aparmaq üçün tərtib olunmuş sorğu anketi layihəsinin razılaşdırılması, Əmək statistiklərinin 19-cu beynəlxalq konfransının yeni standartları çərçivəsində keyfiyyətli məşğulluğa dair müvafiq göstəricilərin metodologiyasına yenidən baxılması, bu sahə üzrə göstəricilər sisteminin Avropa Statistika Bürosunun məlumat bazasına inteqrasiya olunma imkanları, göstəricilərin beynəlxalq müqayisəliliyi və s. kimi məsələlər müzakirə olunub.
Komitə nümayəndəsi Helsinkidə keçirilən beynəlxalq iclasa qatılıb
11:52
27 Yan 2017