Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən dekabrın 26-da Biləsuvar şəhərində Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Fed.az-a verilən məlumata görə, qəbulda Şirvan şəhərinin, Biləsuvar, Salyan, Neftçala rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Vətəndaşların qeydiyyatı Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Biləsuvar şəhəri, 1 May küçəsi 8) 23 dekabr 2016-cı il tarixində saat 09.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.