Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Tacikistana qısamüddətli dövlət səfəri başlayıb.
FED.az xəbər verir ki, bu barədə Tacikistan mediası məlumat yayıb.
Azərbaycan Prezidenti tacikistanlı həmkarı Emoməli Rəhmon ilə danışıqlarda, ölkələr arasında ikitərəfli əməkdaşlığın vəziyyətini və gələcəkdə genişləndirilməsi perspektivlərini müzakirə edəcək.
Onların görüşündən sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçiriləcək.