Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Balakəndə vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iyul ayının 6-sı saat 10:00-da Balakən şəhərində yerləşən Mədəniyyət Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 40) keçiriləcək qəbulda Balakən, Qax, Zaqatala və Şəki rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 9 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlaya (ünvan: Zaqatala şəhəri, Nizami 40, əlaqə telefonları: 050-376-28-89, 050-781-12-81, 022-3-08-63) bilərlər.