Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Ağdamda vətəndaşları qəbul edəcək.
Nazirlikdən verilən məlumata görə, qəbulda Ağdam, Ağcabədi, Tərtər və Bərdə rayonlarının sakinləri iştirak edə bilər.
Qəbul martın 30-da Ağdam şəhərinin Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Ağdam şəhəri, Quzanlı qəsəbəsi, Zərifə Əliyeva prospekti) olacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlaya, həmçinin 14 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə (Ağdam şəhəri, Quzanlı qəsəbəsi) müraciət edə (əlaqə telefonları: 026-325-05-64, 051-608-27-20, 070-299-22-62) bilərlər.