Avtomobildə gizlədilən qaçaqmal gömrükdə müsadirə olunub.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Qaz-3110" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobildəki dərman qutusunun içərisindən gömrük orqanına bəyan edilməyən 5 ədəd "Samsung Galaxy J 3" markalı mobil telefonlar, mobil telefonlara aid 5 ədəd qutu, nəqliyyat vasitəsinin salonundan 5 ədəd qidalandlrıcı başlıq və 5 ədəd USB kabeli, yük yerindən isə gömrük nəzarətindən gizlədilən 400 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.