2017-ci ilin ilk altı ayı ərzində 2 922 xarici vətəndaşın Gürcüstana girişinə icazə verilməyib.
APA-nın yerli bürosunun Gürcüstan Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi xəbərə görə, həmin şəxslərdən 418-i Azərbaycan vətəndaşıdır.
Qeyd olunan dövr ərzində ən çox Hindistan vətəndaşları (571 nəfər) Gürcüstana buraxılmayıb. 492 Türkiyə vətəndaşı, 230 Rusiya vətəndaşı, 175 Suriya vətəndaşı və 171 Özbəkistan vətəndaşının da Gürcüstana girişə icazə verilməyib.
DİN-in məlumatında qeyd olunub ki, əcnəbi vətəndaşların ölkəyə buraxılmamasının səbəbləri qanun pozuntuları, deportasiya, viza və sərhəd rejiminin pozulmasıdır.