ABŞ hökuməti ildə 1 dəfə keçirdiyi "Green Card" pulsuz lotoreya proqramından imtina edə bilər.
FED.az xəbər verir ki, Report-un yazdığına görə, Prezident Donald Trampın administrasiyası ölkənin immiqrasiya qanunvericiliyinə dəyişikliklərlə bağlı qanun layihəsi hazırlayıb.
Dövlət başçısı sənədi "yarım əsrin ən böyük immiqrasiya islahatı" adlandırıb.
"Green Card" lotereyasının ləğv edilməsini nəzərdə tutan layihə "Məşğulluğu yaxşılaşdırmaq üzrə amerikan immiqrasiya qanunvericiliyində islahatlar" (RAİSE, Reforming American İmmigration for Strong Employment) adlanır. Bu layihəyə görə, yalnız maliyyə imkanları olan şəxslər ABŞ-a gələ biləcəklər.
Qeyd edək ki, hazırda qüvvədə olan "Müxtəlif xalqlardan olan immiqrantlar üçün immiqrasiya proqramı" proqramı ("Diversity Visa") ABŞ-da 1990-cı ildən fəaliyyətdədir. Bu proqram çərçivəsində hər il "Green Card" lotoreyası keçirilir ki, nəticədə 50 min insan ABŞ-da çalışmaq və yaşamaq icazəsi əldə edir.