Növbəti il keçmiş məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə növbəti ilin dövlət büdcəsində 285 milyon manat ayrılması proqnozlaşdırılır.
Əhali çox yaşamağa başlayıb - Pensiya sistemində islahatlar olacaq
FED.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Qeyd edilib ki, o cümlədən vahid aylıq müavinətin verilməsi üçün 252 milyon manat, kommunal xidmətlərin haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün 17,5 milyon manat, digər tədbirlər üçün isə 15,5 milyon manat vəsait nəzərdə tutulur.