Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev avqustun 1-də saat 11:00-da Şəki şəhərində vətəndaşları qəbul edəcək.
Nazirlikdən bildiriblər ki, S.Rəhman adına Şəki Dövlət Dram Teatrında (M.Ə.Rəsulzadə prospekti, 174 ) keçiriləcək qəbulda Şəki şəhəri, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services, mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan adları yuxarıda qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.