Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən 2017-ci ilin aprel ayının 21-də saat 11ºº-da Lənkəran şəhəri Mədəniyyət Mərkəzində ( Zərifə Əliyeva küçəsi, 99 ) Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı rayonlarından və Lənkəran şəhərindən olan vətəndaşların qəbulu keçiriləcək.
Bu barədə FED.az-a nazirlikdən məlumat verilib.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.
Sıra №-si |
Şəhər (rayon) |
əlaqələndirici şəxs |
əlaqə telefonu |
1. |
Lənkəran şəhəri |
Vüsal Nəsirli |
(050) 281-16-81 (02525) 5-48-01 |
2. |
Astara rayonu |
Şadoğlan Bayramov |
(050) 324-24-10 (02522) 5-31-40 |
3. |
Cəlilabad rayonu |
Rəşad Salmanov |
(050) 212-21-92 (02524) 5-55-31 |
4. |
Lerik rayonu |
Aqil Sucayev |
(050) 632-52-82 (02527) 4-60-49 |
5. |
Masallı rayonu |
Lətifə Mövsümova
|
(050) 323-80-00 (02521) 5-31-43 |
6. |
Yardımlı rayonu |
Ayaz Əliyev |
(050) 336-73-23 (02520) 6-11-06 |