Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən 2017-ci ilin sentyabr ayının 22-də saat 10.30-da Kürdəmir şəhəri Heydər Əliyev Mərkəzində ( Bakı prospekti, 18 ) Beyləqan, İmişli, Kürdəmir, Xocavənd və Füzuli rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.
| Sıra №-si | Şəhər (rayon) | əlaqələndirici şəxs | əlaqə telefonu | 
| 1. | Kürdəmir | Vaqif Alıyev | (02025) 5-04-14 (050) 366-52-42 | 
| 2. | Beyləqan | Nazim Mirzəyev | (02122) 5-15-09 (050) 308-33-99 | 
| 3. | İmişli | Nazim Əzimov | (02124) 6-39-62 (050) 389-40-31 | 
| 4. | Xocavənd | Aqil Cəfərov | (02122) 3-54-11 (070) 279-74-84 | 
| 5. | Füzuli | Elşad Cəfərov | (02631) 5-54-64 (050) 334-04-39 | 


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








