Dünya Bankı Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı layihələrə 18 il ərzində 170 milyon dollar vəsait ayırıb.
Bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycan və Dünya Bankının əməkdaşlığının 25 illiyinə həsr olunmuş tədbirdə bildirib.