Prezident İlham Əliyev Əliağa Hüseynovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Ə. Hüseynov ictimai-siyasi həyatında fəal iştirakına görə təltif edilib.
Ə. Hüseynov ehtiyatda olan general-leytenant, Respublikanın keçmiş hərbi komissarı, Milli Məclisin deputatıdır.