Nazirlər Kabineti Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin tabeliyində olan büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq əməkhaqlarının artırılması barədə qərar qəbul edib.
Bu şəxslər səfirin maaşının yarısından çox - ƏMƏK HAQQI ALACAQLAR – QƏRAR
FED.az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarları ilə «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin tabeliyində olan büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının məbləğləri» və «Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri» yeni redaksiyada təsdiq edilib.
Qərarlarla Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarların icrası üçün tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin. Artımlar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.