Azərbaycan Nazirlər Kabineti “Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyəti üzvlərinin və digər işçilərinin maaşlarının artırılması barədə qərar qəbul edib və yeni məbləğləri təsdiqləyib.
FED.az xəbər verir ki, qərar «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 yanvar tarixli 3708 nömrəli Sərəncamının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.
Yeni qərarla «AZƏRTAC»ın əməkdaşlarının maaşları vəzifədən asılı olaraq 30-60% arasında artırılıb.
«AZƏRTAC»ın xarici ölkələrdə çalışan müxğirləri isə həmin ölkədəki Azərbaycan səfirinin əmək haqqının 55%-i qədər maaş alacaqlar.
Yeni qərarla «AZƏRTAC»ın əməkdaşlarının əmək haqqı aşağıdakı kimi olub: