SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən bu ilin yanvar-iyun ayları ərzində "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tirli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.
"Azəriqaz"dan verilən məlumata görə, bu ilin altı ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı "ASAN kommunal" mərkəzinə, eləcə də 1, 2, 3, 4, 5 saylı "ASAN xidmət" mərkəzlərinə, həmçinin Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən "ASAN xidmət" mərkəzlərinə ümumilikdə 58429 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin olunub.
İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.