Paytaxtın mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bunu "Azərsu" ASC-dən bildiriblər.
Belə ki, Bakı şəhəri, Səbail rayonu Nizami küçəsindən keçən 250 mm diametrli magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 10 mart 2017-ci il tarixdə gün ərzində Səbail, Nəsimi və Yasamal rayonlarının bir hissəsinə - Nizami, İ.Səfərli, R.Rza, Mərdanov qardaşları, Y.Məmmədəliyev, T.Əliyarbəyov, H.Z.Tağıyev küçələrində bəzi ünvanlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.