"Boeing Co." təyyarələrinin istehsalçısı 2017-ci ildə ABŞ-ın Sietl şəhərində 1,8 iş yerini ixtisar edəcək.
Bu barədə öz mənbələrinə istinadən "Bloomberg" məlumat yayıb.
Şirkət 1,5 min əməkdaşını ixtisar etmək niyyətindədir, daha 305 nəfər şirkəti könüllü tərk edəcək.
İxtisarlar şirkətin xərclərinin azaldılmasına dair əvvəl qəbul olunmuş strategiya fonunda işçi heyətinin optimallaşdırılması ilə əlaqədar aparılır.