Bakı Nəqliyyat Agentliyi yol hərəkəti təhlükəsizliyinə dair hazırladığı növbəti maarifləndirici videoçarxı təqdim edib.
Videoçarx bu günlərdə dünyanın bir çox ölkəsində, o cümlədən də Azərbaycanda nümayiş olunan Forsaj filmi ilə əlaqədar çəkilib. Kinoteatrlarda filmdən əvvəl nümayiş etdirilən videoçarxda tamaşaçılara, xüsusən də gənclərə film qəhrəmanlarının avtomobillə etdiyi təhlükəli manevrləri təkrarlamamaq və yüksək sürətdən yayınmaq tövsiyə edilir.
BNA maarifləndirici videoçarx təqdim edib VİDEO

15:33
14 Aprel 2017