BMT-nin Əhali Fondu həyata keçirdiyi “Azərbaycanda Gender əsaslı Zorakılıqla Mübarizə” layihəsi çərçivəsində “ASAN Könüllülər” İctimai Birliyi ilə sosial mediyada 2017-ci il 7 iyun tarxindən kampaniyaya start vermişdir.
ASAN-dan FED.az-a verilən məlumata görə, sözügedən təşkilatların Facebook səhifələrinin izləyiciləri üçün apardığı kampaniya gender əsaslı zorakılığın müxtəlif formaları haqqında geniş yayılmış miflər üzərində qurulmuşdur.
Belə ki, təşkilatların səhifələrində özündə gender əsaslı zorakılıq formaları olan cinsi, psixoloji, iqtisadi və fiziki zorakılıq ətrafında mövcud mifləri və reallıqları əks etdirən 14 post paylaşılmış və yüz minlərlə sosial media istifadəçisinə müvafiq məlumat çatdırılmışdır.
Qeyd edək ki, postlar məhşur rəssam Mirazər Abdullayevin məhz bu layihə üçün hazırladığı illüstrasiyaları ilə müşahidə olunmuşdur. Bu illüstrasiyalar ilə kampaniyanın təşəbbüskarları bu çirkin fenomen barəsində reallıqların yaddaşlarda daha aydın həqq olunması məqsədini güdürdü.
Bununla yanaşı “ASAN Könüllülər” İctimai Birliyi “Azərbaycanda Gender əsaslı Zorakılıqla Mübarizə” layihəsi çərçivəsində icraçı tərəfdaş qismində ölkəmizin müxtəlif regionlarında icmalar üçün məlumat sessiyaların təşkil edir.
“Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə” adlı 2 illik layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq şəraitində BMT-nin Əhali Fondu tərəfindən həyata keçirilir. Layihənin məqsədi gender əsaslı zorakılığın qarşısını alınması üçün müvafiq dəstək və istiqamətləndirmə mexanizminin yaradılması prosesində Azərbaycan hökumətinə dəstək verməkdir. Layihə GƏZ-in qarşısının alınması məqsədilə istiqamətləndirmə və müdafiə mexanizmi çərçivəsində minimum tədbirlərin görülməsi, GƏZ barədə məlumatların effektiv idarə olunması, habelə standartların və xidmətlərin təkmilləşdirilməsi üçün qurumlarası əməkdaşlığın inkişafına xidmət edir.
BMT-nin Əhali Fondunun “ASAN Könüllülər” ilə sosial mediyada birgə kampaniyası başa çatdı
13:22
3 İyul 2017