Balıq çeşidi müxtəlif olduğu kimi balıq restoranlarındakı qiymətlər də bir-birindən fərqlənir.
FED.az “Mövsümi yeməklərin ən münasib ünvanı” silsiləsindən olan yazı seriyasını davam etdirir. Oxucuların marağını nəzərə alaraq bu dəfə balıq restoranlarındakı qiymətlərlə maraqlandıq.
Türkiyə balıqları da var – “Halikarnas Balıkçısı”
Hövsan yolunda yerləşən “Halikarnas Balıkçısı” Restoranından bildirdilər ki, burada yerli və Türkiyə balıqlarının bütün çeşidləri təklif olunur. Türkiyə balıqlarından ən çox sifariş olunan levrek, hamsi, kalamar və karidesdir. Burada levrekin 1 kiloqramı 85 manatadır. Restorandan deyirlər ki, 1 kiloqram levrek 4 nəfərə kifayət edir. Bu balıq evində hamsinin bir payı 20 manata, kalamarın bir payı 12 manata, karidesin 1 dənəsi 15 manatadır. “Halikarnas Balıkçısı”nda yerli balıqlardan olan nərə balığının bir payı 30 manata, kütüm balığının 1 kiloqramı 25 manata təklif olunur.
Restoran administratorunun sözlərinə görə, 2 nəfər 1 kilorqamlıq levrek, təzə salat, yaşıl salat, turşu və su sifariş etsə ümumi 140-150 manat arası hesab verməli olacaq. Əgər 2 nəfər 2 pay nərə balığı, təzə salat, yaşıl salat, turşu və su sifariş etsə 100 manata yaxın hesab ödəyəcək.
Nərə balığının 1 payı 200 qramdır – “Sherlock’s”
Zaqulbada yerləşən “Sherlock’s” restoranında isə ən çox sifariş olunan balıqlar kütüm, kefal, berj, ağ balıq və nərə balığıdır. Kütüm, kefal və berj balıqlarının hər birinin 1 dənəsi 19 manata, nərə və ağ balığın 1 payı isə 32 manatadır.
Əgər 2 nəfər bu restoranda 2 ədəd kütüm balığı, yaşıl və təzə salat, turşu və su sifariş etsə cəmi 60-65 manat arası hesab ödəyəcək.
Kütümün ləvəngisini də veririk, qızartmasını da – “Tonqal Restoran”
Həsən Əliyev küçəsində yerləşən bu restoranda yerli balıqların bütün növləri servis edilir. Restoran administratoru deyir ki, burada nərə və kütüm balıqlarının hər biri 25 manata təklif olunur. Bu restoranda turşu 4,50 manata, yaşıl və təzə salatların hər biri 1 manatadır.
Əgər 2 nəfər bu restoranda 2 pay nərə balığı, yaşıl və təzə salat, turşu və su sifariş etsə cəmi 70 manat hesab ödəyəcək.
Farelin bir payı 10-12 manatadır – “Dərya Fish House”
Paytaxtın Namiq Quliyev küçəsində yerləşən “Dərya Fish Haouse” restoranında bütöv kütüm 10-14 manata, farel isə 10-12 manat arası verilir. Restoran dministratorunun dediyinə görə, burdakı qiymətlər bəzən balığın bazar qiymətindən asılı olaraq dəyişə də bilir. Amma hazırki qiymət bunlardır.
Əgər 2 nəfər bu restoranda 2 pay farel balığı, yaşıl və təzə salat, turşu və su sifariş etsə cəmi 40-50 manat arası hesab ödəyəcək.
30 manata balıq qonaqlığı – “Qızıl Balıq” Restoranı
Badamdar qəsəbəsindəki “Qızıl Balıq” Restoranında ən çox sifariş olunan kütüm balığıdır. Bu balıq pay ilə yox, bütöv verilir. Bir ədədinin qiymətinin 8-12 manat arası dəyişir.
Əgər 2 nəfər bu restoranda 2 dənə kütüm balığı, yaşıl və təzə salat, turşu və su sifariş etsə cəmi 30-40 manat arası hesab ödəyəcək.
1 kefal 4 nəfərə bəs edir – “Kalyon Restoran”
Novxanı şossesində yerləşən “Kalyon” restoranında da ən çox sirafiş olunan balıq çeşidikütüm, kefal, berj və nərədir. 1 dənəsi dörd nəfərə kifayət edən kütüm və kefal balıqlarının hər birinin qiyməti 14 manatadır. Berjin 1 payı 12, nərə balığının 1 payı isə 17 manata təklif olunur.
Hesablamamıza görə, 2 nəfər bu restoranda 2 pay nərə balığı, yaşıl və təzə salat, turşu və su sifariş etsə cəmi 40-50 manat arası hesab ödəyəcək.
Balıq restoranlarındakı fərqli – QİYMƏTLƏR, SİYAHI
16:50
1 Dek 2017