Market alış-verişi zamanı bankların təqdim etdiyi keşbek imkanlarından istifadə edərək qənaət etmək mümkündür. Bu zaman alınan məhsullara xərclənən pulun bir hissəsi geri qayıdır. Bununla da, həm ehtiyaclarınızı qarşılayır, həm də pulunuza qənaət edirsiniz.
Nağdsız ödənişlərə yeni keşbek təklif olunur
FED.az biznes və maliyyə xəbərləri portalı ənənəvi olaraq bu dəfə də noyabr ayı üçün marketlərdə alış-veriş zamanı ən çox kəşbək qazandıran bank kartlarını araşdırıb.
Hansı bank kredit kartına daha çox güzəşt müddəti verir? – BANKLAR, MÜDDƏTLƏR, SİYAHI
Araşdırma zamanı məlum olub ki, market alış-verişləri üçün ən çox kəşbək qazandıran kartlar «AccessBank», «Rabitəbank», «Bankf of Baku» və «Unibank»a məxsusdur.
«AccessBank»ın “MyCard White/Junior/Black” kartları ilə aylıq maksimum 100 manat qədər 3% kəşbək qazanmaq mümkündür.
«Rabitəbank»ın “Kartmane Premium” kartları ilə aylıq 20 manata qədər 3% kəşbək qazanmaq olur.
«Bankf of Baku»nun kredit kartları ilə “Araz” və “Bravo” marketlərdə 15 manata qədər 5% kəşbək qazanmaq mümkündür.
«Unibank»ın “UCard”ında isə “Bravo” marketlərdə alış-veriş etdikdə kəşbək qazanmaq olur. UCard istifadəçiləri Premium mərhələdə 5%, Pro mərhələdə 3%, Classic mərhələdə isə 1,5% kəşbək qazanırlar.
Amma bu faizlərə çatmaq üçün müəyyən şərtlər var. Məsələn Premium mərhələyə çatmaq üçün 800 AZN dövriyyə və 3 000 AZN depozit, Pro mərhələyə çatmaq üçün isə 300 AZN dövriyyə və 500 AZN depozit lazımdır.
Bank kartlarının marketlər üzrə kəşbək faizləri daha detallı aşağıdakı cədvəldə:
|
S/N |
Bank |
Kartın adı |
Marketlərdə qazanılan cashback faizi |
Aylıq maksimum cashback limiti |
|
|
|
1 |
ABB |
Bütün kartlarda "Faydalı" kəşbək kataqoriyasına uyğun |
|
|||
|
"Ailə Başçısı" Kateqoriyası |
Bazar Store - 1% |
20 manat |
|
|||
|
"Partnyor", "Romantik" və "Kapitalist" Kateqoriyası |
Ərzaq mağazaları - 1,5% |
10 manat |
||||
|
|
||||||
|
2 |
AccesBank |
"MyCard White/Black" |
3% |
100 manat |
||
|
"MyCard Junior" |
||||||
|
|
|
|||||
|
3 |
AFB Bank |
"Mono Eco Debet" |
1% |
20 manat |
||
|
"Mono Platinum" |
1,25% |
30 manat |
||||
|
|
||||||
|
4 |
Bank Of Baku |
"Bolkart Debet" |
Araz, Bravo - 1,5% |
15 manat |
||
|
"Bolkart Kredit" |
Araz, Bravo - 3% |
|||||
|
"Bolkart Digital" |
Araz, Bravo - 5% |
|||||
|
|
||||||
|
5 |
Bank Respublika |
"Neo Standart" |
2 ,5% (limitdən sonra 0,5%) |
10 manat |
||
|
"Neo Premium" |
25 manat |
|||||
|
|
||||||
|
6 |
Kapital Bank* |
"Birbank Kəşbək" |
Marketlər - 1,2% |
100 manat |
||
|
|
||||||
|
7 |
Rabitəbank |
"Kartmane Kredit/Junior" |
1,50% |
20 manat |
||
|
"Kartmane Gamer" |
2,00% |
|||||
|
"Kartmane Premium" |
3% |
|||||
|
"Karmane Debet" |
1,00% |
|||||
|
|
||||||
|
8 |
"Unibank"** |
"Ucard" |
Bravo Marketdə |
20 manat |
||
|
Classic mərhələ - 1,5% |
||||||
|
Pro mərhələ - 3% |
||||||
|
Premium mərhələ - 5% |
||||||
|
|
||||||
|
9 |
Xalq Bank |
"Xalqkart Kəşbək" |
2% |
30 manat |
||
*“Kapital Bank”da kateqoriya seçimindən asılı olaraq faizlər hə ay dəyişir. Kəşbəklər bonus kimi geri qayıdır.
**Qeyd: Ay ərzində 300 AZN nağdsız dövriyyəni tamamlamaqla və bankda 500 AZN həcmində depozit (Topla istisnadır) yerləşdirməklə növbəti ay Pro mərhələsinə keçmək olar. UBank-da "Pro" mərhələsinə klik etməklə həm hədəfi izləmək, həm də hədiyyələrə baxmaq olar.
Ay ərzində 800 AZN nağdsız dövriyyəni tamamlamaqla və bankda 3000 AZN həcmində depozit (Topla istisnadır) yerləşdirməklə, növbəti ay Premium mərhələsinə keçmək olar. UBank-da "Premium" mərhələsinə klik etməklə həm hədəfi izləmək, həm də hədiyyələrə baxmaq olar.















