Bu ilin yanvar-mart ayları ərzində Bakı şəhərində orta aylıq əmək haqqı 1 244 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu 2023-cü ilin I rübü ilə müqayisədə 92 manat və ya 8% çoxdur.
Məlumata əsaən ən yüksək orta aylıq əmək haqqı Bakının Pirallahı rayonunda qeydə alınıb - 2 min 251 manat.
Səbail rayonu isə 2 min 135 min manatla ikincidir. Qaradağ rayonu 1 490 manatla üçüncü olub.
Hesabat dövründə ən aşağı göstəricilər min manatdan aşağı olmaqla Binəqədi (820 manat), Suraxanı (908 manat) və Sabunçu rayonları 919 manat) rayonları olub.
Orta aylıq əmək haqqının ən yüksək artımı Xəzər (228 manat-20%), Yasamal (120 manat-13%) və Yasamal rayonlarında (119 manat-11%) baş verib.
Ən aşağı artım isə Yasamal (15 manat-1%) və Suraxanı rayonlarında (19 manat-2%) baş verib.
Rayonlar |
2024-cü il I rüb |
2023-cü il I rüb |
İllik müqayisə (manatla) |
İllik müqayisə (faizlə) |
Bakı şəhəri (orta) |
1,243.7 ₼ |
1,151.7 ₼ |
92.0 ₼ |
8.0% |
Xəzər rayonu |
1,387.5 ₼ |
1,159.6 ₼ |
227.9 ₼ |
19.7% |
Yasamal rayonu |
1,034.7 ₼ |
914.9 ₼ |
119.8 ₼ |
13.1% |
Nəsimi rayonu |
1,207.7 ₼ |
1,088.9 ₼ |
118.8 ₼ |
10.9% |
Xətai rayonu |
1,252.2 ₼ |
1,144.6 ₼ |
107.6 ₼ |
9.4% |
Səbail rayonu |
2,135.3 ₼ |
1,986.4 ₼ |
148.9 ₼ |
7.5% |
Binəqədi rayonu |
819.7 ₼ |
764.8 ₼ |
54.9 ₼ |
7.2% |
Sabunçu rayonu |
918.8 ₼ |
863.2 ₼ |
55.6 ₼ |
6.4% |
Nizami rayonu |
1,087.8 ₼ |
1,048.3 ₼ |
39.5 ₼ |
3.8% |
Nərimanov rayonu |
1,040.6 ₼ |
1,010.8 ₼ |
29.8 ₼ |
2.9% |
Suraxanı rayonu |
908.2 ₼ |
889.0 ₼ |
19.2 ₼ |
2.2% |
Pirallahı rayonu |
2,251.5 ₼ |
2,207.0 ₼ |
44.5 ₼ |
2.0% |
Qaradağ rayonu |
1,490.6 ₼ |
1,475.5 ₼ |
15.1 ₼ |
1.0% |