FED.az xəbər verir ki, buraya həm dövlət, həm də özəl bağçalar aiddir. Həm bu sahədəki müştəri bolluğunu (övladını daha geniş xidmətləri olan bağçalara göndərmək istəyənlərin sayı artır), həm də sərfəli biznesə çevrildiyini nəzərə alaraq FED.az Bakının özəl uşaq bağçalarındakı xidmətləri və qiymətləri araşdırıb. Bu məlumat həm müştərilər, həm də uşaq bağçası sektorunda iş qurmaq istyənlər üçün maraqlı olmalıdır.
“Bal Balam” uşaq bağçası - 300 manat
Bakının Nərimanov rayonu ərazisində yerləşən “Bal Balam” uşaq bağçasından saytımıza bildirdilər ki, burada aylıq ödəniş 300 manat dır. Bir ailədən 2 və daha artıq uşaq qeydiyyatdan keçərsə qiymətdə endirim olur. Bura uşaqlar 1 yaş yarımdan qəbul edilir, məktəbəqədər yaşadək hazırlıq keçirlər. Gündəlik tədris və nəzarət müddəti səhər saat 8-dən axşam saat 7-yə qədər davam edir. Burada gündəlik tibbi nəzarət, həftəlik tibbi yoxlama mövcuddur. Uşaqların sosial aktivliyinin artırılması məqsədi ilə musiqi, rəqs, rəsm və digər bu kimi xidmətlər təqdim edilir və əlavə olaraq ingilis və rus dillər öyrədilir. Dövlət proqramı əsasında məktəbəqədər hazırlıq mərhələsi keçən uşaqlar gün ərzində 5 dəfə qidalanır və uşaqları bağçaya aparıb-gətirmək üçün servis xidməti fəaliyyət göstərir.
“Albalı” uşaq bağçası - -350 manat
Yasamal rayonu ərazisində yerləşən “Albalı” uşaq bağçası nda isə aylıq ödəniş 350 manat olsa da bir ailədən 2 və daha artıq uşaq qeydiyyatdan keçərsə qiymətdə endirim olur. Bura uşaqlar 1 yaş yarımdan qəbul edilir, məktəbəqədər yaşadək hazırlıq keçirlər. Tədris və nəzarət müddəti səhər saat 8:00-dan 18:00-a qədərdir. Bu bağçada da məşğələ və qidalanma 5 dəfə həyata keçirilir. Burada da gündəlik tibbi nəzarət, həftəlik tibbi yoxlama, uşaq psixoloqu və loqoped xidmətləri də mövcuddur. Bağçanın tərkibində uşaqlar üçün rəsm, rəqs, musiqi və şahmat dərnəkləri fəaliyyət göstərir və əlavə olaraq ingilis və rus dillər öyrədilir. Uşaqları bağçaya aparıb-gətirmək üçün servis xidməti mövcuddur. Dövlət proqramı əsasında məktəbəqədər hazırlıq mərhələsi keçilir.
“Baby Star” uşaq bağçası – 420 manat
Paytaxtın Nizami rayonu ərazisindəki “Baby Star” uşaq bağçası nda ümumi aylıq ödəniş 420 manat olsa da, valideynlər müəssisənin təklif etdiyi payız endirimi kampaniyasından yararlanaraq 357 manat ödəyirlər. Uşaqların sosial aktivliyinin artırılması məqsədi ilə musiqi, rəqs, rəsm və digər bu kimi xidmətlər təqdim edən bağçada dərs saatı 8:00-dan 18:00-a qədərdir. Qidalanma gündə 5 dəfədir və gündəlik tibbi nəzarət mövcuddur. Uşaqları bağçaya aparıb-gətirmək üçün servis xidməti fəaliyyət göstərir. Bura uşaqlar 1 yaş yarımdan qəbul edilir, məktəbəqədər yaşadək hazırlıq keçirlər və əlavə olaraq ingilis və rus dillər öyrədilir. Bura uşaqlar 1 yaş yarımdan qəbul edilir.
“Baby Smile” və “Baby on board” – 400 manat
Yasamal rayonu ərazisində yerləşən “Baby Smile” və Nəsimi rayonundakı “Baby on board” uşaq bağçalarında isə təklif olunan qiymət və xidmət növləri eynilik təşkil edir. Belə ki, aylıq ödənişi 400 manat olan bu bağçalarda gündə 4 dəfə qidalanma mümkündür. Bir ailədən 2 və daha artıq uşaq qeydiyyatdan keçərsə qiymət edirimi olur. Bu bağçada uşaqlar hər gün həkim nəzarətində olurlar. Sosial aktivliyin artırılması məqsədi ilə müxtəlif növ dərnəklər fəaliyyət göstərir və əlavə olaraq ingilis və rus dillər öyrədilir. Gündəlik fəaliyyət müddəti 8:00-dan 18:00-a qədərdir. Bura uşaqlar 1 yaş yarımdan qəbul edilir, məktəbəqədər yaşa hazırlıq keçirlər. Uşaqları bağçaya aparıb-gətirmək üçün servis xidməti fəaliyyət göstərir.
“AHU” uşaq bağçası - 350 manat
Səbail rayonunda yerləşən “AHU” uşaq bağçasında aylıq ödəniş 350 manat dır. Uşaqlar üçün bağça-ev arası servis xidməti fəaliyyət göstərir. Qidalanma gündə 5 dəfədir. Tədris və nəzarət müddəti 8:00-dan 18:00-a qədər davam edir. Bir ailədən 2 və daha artıq uşaq qeydiyyatdan keçərsə qiymətdə endirim olur. Bura uşaqlar 1 yaş yarımdan qəbul edilir, məktəbəqədər yaşa hazırlıq keçirlər və əlavə olaraq ingilis və rus dillər öyrədilir. Gündəlik tibbi nəzarət, həftəlik tibbi yoxlama mövcuddur. Uşaqların sosial aktivliyinin artırılması məqsədi ilə musiqi, rəqs, rəsm və digər bu kimi xidmətlər təqdim edilir.
“Buta” uşaq bağçası – 300 manat
Uşaqları 1 yaşından qəbul edən Sabunçu rayonu ərazisindəki “Buta” bağçasında isə ödəniş aylıq 300, servis xidmətindən istifadə edilərsə 350 manatdır. Həftə sonu valideynlərə hesabat verən bu uşaq bağçasında da qidalanma gündə 5 dəfədir. Azərbaycan və rus bölməsi fəaliyyət göstərir. Bir ailədən 2 və daha artıq uşaq qeydiyyatdan keçərsə qiymətdə endirim olur. Gündəlik tibbi nəzarət, həftəlik tibbi yoxlama mövcuddur. Uşaqların sosial aktivliyinin artırılması məqsədi ilə musiqi, rəqs, rəsm və digər bu kimi xidmətlər təqdim edilir. Dövlət proqramı əsasında məktəbəqədər hazırlıq mərhələsi keçilir və əlavə olaraq ingilis və rus dillər öyrədilir. Uşaqları bağçaya aparıb-gətirmək üçün servis xidməti fəaliyyət göstərir. Həftə içi 8:00-dan 18:00-a qədər fəaliyyət göstərir.
“Cosmoland” uşaq bağçası – 500-600 manat
Paytaxtın Binəqədi rayonunda yerləşən “Cosmoland” uşaq bağçasında isə Azərbaycan dili bölməsi üçün aylıq ödəniş 500, rus və ingilis dili bölməsi üçün isə 600 manat dır. Bir ailədən 2 uşaq eyni vaxtda qeydiyyatdan keçirilərsə qiymətlərdə endirim olur. Bu uşaq bağçası da gündə 5 dəfə qida təklif edir. Həftə içi 8:00-dan 18:00-a, həftə sonu isə 8:00-dan 15:00-a qədər işləyir. Bura uşaqlar 1 yaş yarım-2 yaşdan qəbul edilir, məktəbəqədər yaşa hazırlıq keçirlər. Gündəlik tibbi nəzarət, həftəlik tibbi yoxlama mövcuddur. Uşaqların sosial aktivliyinin artırılması məqsədi ilə musiqi, rəqs, rəsm və digər bu kimi xidmətlər təqdim edilir və əlavə olaraq ingilis və rus dillər öyrədilir. Dövlət proqramı əsasında məktəbəqədər hazırlıq mərhələsi keçəlir. Uşaqları bağçaya aparıb-gətirmək üçün servis xidməti fəaliyyət göstərir.
“Play orena” uşaq bağçası - 450 manat
Yasamal rayonu ərazisində yerləşən “Play orena” uşaq bağçasında aylıq ödəniş 450 manat, servis xidmətindən istifadə edilərsə 500 manatdır. bir ailədən 2 və daha artıq uşaq qeydiyyatdan keçərsə qiymətdə endirim olur. Bura uşaqlar 1 yaş yarımdan qəbul edilir, məktəbəqədər yaşadək hazırlıq keçirlər Bu bağçada da məşğələ və qidalanma 5 dəfə həyata keçirilir. Burada da gündəlik tibbi nəzarət, həftəlik tibbi yoxlama, uşaq psixoloqu və loqoped xidmətləri də mövcuddur. Bağçanın tərkibində uşaqlar üçün rəsm, rəqs, musiqi və şahmat dərnəkləri fəaliyyət göstərir və əlavə olaraq ingilis və rus dillər öyrədilir. Həftə içi 8:00-dan 18:00-a qədər fəaliyyət göstərir.
“Sehirli dayə” uşaq bağçası – 300 manat
Bakının Narimanov rayonu ərazisində fəaliyyət göstərən“Sehirli dayə” uşaq bağçasında qiymətlər 300, servis xidmətindən istifadə edilərsə 450 manatdır. Bu bağçada Azərbaycan dili bölməsi yoxdur, ancaq rus dili bölməsi fəaliyyət göstərir. Uşaqlar 8:00-dan 18:00-a qədər 5 dəfə qidalanır. Bir ailədən 2 və daha artıq uşaq qeydiyyatdan keçərsə qiymətdə endirim olur. Bura uşaqlar 1 yaş yarımdan qəbul edilir, məktəbəqədər yaşadək hazırlıq keçirlər. Gündəlik tibbi nəzarət, həftəlik tibbi yoxlama mövcuddur. Uşaqların sosial aktivliyinin artırılması məqsədi ilə musiqi, rəqs, rəsm və digər bu kimi xidmətlər təqdim edilir. Dövlət proqramı əsasında məktəbəqədər hazırlıq mərhələsi keçəlir və əlavə olaraq ingilis və rus dillər öyrədilir.
“Erudit-M” uşaq bağçası - 400 manat
Xətai rayonundakı “Erudit-M” uşaq bağçasında aylıq ödəniş 400 manat, gündəlik qidalanma 4 dəfədir. Burada uşaqlar həftədə 5 gün Azərbaycan və rus dili bölməsi üzrə təhsil alırlar. Bir ailədən 2 və daha artıq uşaq qeydiyyatdan keçərsə qiymətdə endirim olur. Bura uşaqlar 1 yaş yarımdan qəbul edilir, məktəbəqədər yaşadək hazırlıq keçirlər. Gündəlik tibbi nəzarət, həftəlik tibbi yoxlama mövcuddur. Uşaqların sosial aktivliyinin artırılması məqsədi ilə musiqi, rəqs, rəsm və digər bu kimi xidmətlər təqdim edilir. Dövlət proqramı əsasında məktəbəqədər hazırlıq mərhələsi keçəlir və əlavə olaraq ingilis və rus dillər öyrədilir. Uşaqları bağçaya aparıb-gətirmək üçün servis xidməti fəaliyyət göstərir.
“Gül” uşaq bağçası- 250 manat
Badamdar qəsəbəsində yerləşən “Gül” uşaq bağçasından saytımıza bildirdilər ki, valideynin imkanı çatırsa aylıq 250 manat ödəyə bilər. Hətta 2 uşaq qeydiyyatdan keçirildiyi zaman endirim olacağını da dedilər. Burada gün ərzində 3 dəfə qidalanma təklif olunsa da uşaqlar üçün ərəb, rus və ingilis dillərindən hazırlıq ümumi ödənişə daxildir. Hər gün 10:00-dan 16:00-a qədər fəaliyyət göstərən bu bağçada servis xidməti də mövcuddur. Bura uşaqlar 1 yaş yarımdan qəbul edilir, məktəbəqədər yaşadək hazırlıq keçirlər. Gündəlik tibbi nəzarət, həftəlik tibbi yoxlama mövcuddur. Uşaqların sosial aktivliyinin artırılması məqsədi ilə musiqi, rəqs, rəsm və digər bu kimi xidmətlər təqdim edilir. Dövlət proqramı əsasında məktəbəqədər hazırlıq mərhələsi keçəlir.
“Çeburaşka” uşaq bağçası- 450 manat
Yasamal rayonu ərazisində yerləşən “Çeburaşka” uşaq bağçasında isə aylıq ödəniş 450 manatdır. Bir ailədən 2 və daha artıq uşaq qeydiyyatdan keçərsə qiymətdə endirim olur. Bura uşaqlar 1 yaş yarımdan qəbul edilir, məktəbəqədər yaşadək hazırlıq keçirlər. Gündəlik tədris və nəzarət müddəti səhər saat 8-dən axşam saat 7-yə qədər davam edir. Burada gündəlik tibbi nəzarət, həftəlik tibbi yoxlama mövcuddur. Uşaqların sosial aktivliyinin artırılması məqsədi ilə musiqi, rəqs, rəsm və digər bu kimi xidmətlər təqdim edilir və əlavə olaraq ingilis və rus dillər öyrədilir. Dövlət proqramı əsasında məktəbəqədər hazırlıq mərhələsi keçən uşaqlar gün ərzində 4 dəfə qidalanır, amma servis xidməti fəaliyyət göstərmir və bu bağçada uşaqlar yalnız rus dili bölməsinə qəbul edilir – Azərbaycan dili bölməsi yoxdur.
“Cücələrim” uşaq bağçası 300 manat
Paytaxtın Nərimanov rayonundakı “Cücələrim” uşaq bağçasında aylıq ödəniş günün sayından asılı olaraq dəyişir. Belə ki, 5 günlük 300, 6 günlük isə 350 manatdır. Bir ailədən 2 və daha artıq uşaq qeydiyyatdan keçərsə qiymətdə endirim olur. Bura uşaqlar 1 yaş yarımdan qəbul edilir, məktəbəqədər yaşadək hazırlıq keçirlər. Gündəlik tədris və nəzarət müddəti səhər saat 8-dən axşam saat 7-yə qədər davam edir. Burada da gündəlik tibbi nəzarət, həftəlik tibbi yoxlama mövcuddur. Uşaqların sosial aktivliyinin artırılması məqsədi ilə musiqi, rəqs, rəsm və digər bu kimi xidmətlər təqdim edilir və əlavə olaraq ingilis və rus dillər öyrədilir. Dövlət proqramı əsasında məktəbəqədər hazırlıq mərhələsi keçən uşaqlar gün ərzində 4 dəfə qidalanır, amma bağçanın servis xidməti yoxdur.
“Happy kids” uşaq bağçası- 350 manat
Bakının Yasamal rayonu ərazisində yerləşən“Happy kids” uşaq bağçasında isə aylıq ödəniş 350 manatdır. Bu bağçada da bir ailədən 2 və daha artıq uşaq qeydiyyatdan keçərsə qiymətdə endirim olur. Bura uşaqlar 2 yaş yarımdan qəbul edilir, məktəbəqədər yaşadək hazırlıq keçirlər Bu bağçada da məşğələ və qidalanma 5 dəfə həyata keçirilir. Burada da gündəlik tibbi nəzarət, həftəlik tibbi yoxlama, uşaq psixoloqu və loqoped xidmətləri də mövcuddur. Bağçanın tərkibində uşaqlar üçün rəsm, rəqs, musiqi və şahmat dərnəkləri fəaliyyət göstərir və əlavə olaraq ingilis və rus dillər öyrədilir. Uşaqları bağçaya aparıb-gətirmək üçün servis xidməti mövcuddur. Dövlət proqramı əsasında məktəbəqədər hazırlıq mərhələsi keçəlir. Bağça həftə içi 8:00-dan 18:00-a qədər fəaliyyət göstərir.
M.Ağayev