Ölkə başçısının tapşırıqlarına əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti ilə müqavilə bağlanmış və müqaviləyə uyğun olaraq şirkət tərəfindən Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması konsepsiyası hazırlanması işləri sürətlə davam edir.
Bakı Şəhər İcra Hakimiyyətindən FED.az-a verilən məlumata görə, bu işlərin əsas məqsədi paytaxt Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması işlərini aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdırmaq, paytaxtımızı gözəl məkana çevirməkdir.
Bununla əlaqədar şirkətin 2 mütəxəssisi - Alex Symeonidis və Nick Wilson Bakıdadırlar və onların rəhbərliyi ilə yeni yaradılmış Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Məişət Tullantılarının Idarə Edilməsi Üzrə Monitinq Mərkəzində 2 həftə ərzində ərazidən yığılmış məişət tullantılarının kompozisiyası araşdırılır. Bu müddət başa çardıqdan sonra yekun nəticələrə əsasən məişət tullantılarının yığılması və daşınması sahəsində yeni innovativ metodların tədbiq edilməsi üçün lazımi qərarlar veriləcək.
Belə ki, məişət tullantılarının yığılma sahəsindən hansı çeşidləmə növlərinin tədbiqi və onların daşınmasında daha səmərəli marşrutlarının təyin olunması istiqamətində işlər aparılır. Bu proses bir neçə ay ərzində başa çatdırılacaq və bu işlərin gedişatına paralel olaraq məişət tullantılarının yığılması üçün xüsusi qabların (konteynerlərin) ölçüləri, rəngləri, üzərində yazılacaq loqolar və ən əsası əhali arasında maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.
Bu layihə uğurla nəticələnəcəyi halda ətraf mühit üçün böyük müsbət təsirlər, həm də Bakı şəhəri üçün iqtisadi faydalar verəcək, reqiondakı digər şəhərlər üçün də gələcəkdə başlanğıc nöqtəsi olacaqdır.
Konsepsiya şərçivəsində artıq 3 aya yaxındır ki, Bakı şəhərində işlər gedir, 7 rayonda (Səbail, Nərimanov, Yasamal, Nəsimi, Binəqədi, Nizami və Xətai) məişət tullantıları üçün yeni müasir konteynerlər qoyulub, digər rayonlarda da yeni konteynerlərin qoyulması nəzərdə tutulub. Konsepsiyanın başa çatdərəlması və tam şəkildə işə həyata keçirilməsi işləri 2019-cu ilin sonu 2020-ci ilin əvvəlinə nəzərdə tütülüb.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılan Monitorinq Mərkəzində Böyük Britaniya Mott MacDonald şirkətinın mütəxəssisləri Alex Symeonidis və Nick Wilson ictimaiyyət və mətbuat nümayəndələrinə konsepsiya çəərçivəsində görülən və nəzərdə tutulan işlər barədə ətraflı məlumat vermiş və jurnalistləri maraqlandıran sualları cavablandırıblar.