Bakıda qarpızdan kütləvi zəhərlənmə olub.
FED.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, hadisə Zirə qəsəbəsində baş verib.
1987-ci il təvəllüdlü Səbinə Bahadurova, 1994-cü il təvəllüdlü Tünzalə İmamzadə, 1990-cı il təvəllüdlü Nicat Nəsirov və 1986-cı il təvəllüdlü Araz Camalov qarpız zəhərlənməsi ilə xəstəxanaya daxil olublar.
Zəhərlənənlərin iş yoldaşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.