Azərbaycan Avtomobil Federasiyası (AAF) @faa_official noyabrın 9-da Dövlət Bayrağı Günü münasibətilə klassik avtomobillərin paradını və sərgisini təşkil edib.
Heydər Əliyev Mərkəzinin qarşısından start götürən və Dövlət Bayrağı Meydanınadək davam edən yürüşdə Arzu Əliyeva və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, eləcə də klassik avtomobil həvəskarları və Auto Blogger-lər iştirak ediblər.
Paradda 70-dən artıq klassik avtomobil iştirak edib. Tədbirə klassik avtomobil sahibi olan şəxslər də qoşulub. Klassik avtomobil həvəskarları AAF-ın çağırışına qoşularaq Dövlət Bayrağı Gününə həsr olunmuş yürüşdə iştirak ediblər.
Qeyd edək ki, AAF klassik avtomobil sahiblərini parada iştirakçı kimi dəvət edib. Paradda yalnız 1980-ci ilədək istehsal olunan klassik avtomobillərin sahibləri iştirak ediblər. Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş klassik avtomobillər paytaxt küçələri ilə yürüş edərək sakinlərdə coşqu yaradıb, bayram ovqatını artırıblar. Yürüş Dövlət Bayraq Meydanında başa çatıb.
Paradın davamı olaraq, Dövlət Bayrağı Meydanında klassik avtomobillərin sərgisi keçirilib. Paytaxt sakinləri və qonaqlar nadir eksponatlarla tanış olublar. Dünənki paradda ölkəmizdə vaxtilə istifadə olunmuş avtomobillər, həmçinin xarici avtomobillər iştirak edib. Ən köhnə avtomobil 1949-cu ilin istehsalıdır.
Müasir Bakı küçələri ilə hərəkət edən bu avtomobillər insanı sanki keçmişlə gələcək zamanın birləşdiyi nöqtəyə aparıb. Beləliklə, uşaqdan böyüyədək hamı Dövlət Bayrağı Gününün sevincini birlikdə yaşayıblar.
Paradda Azərbaycanın İnstagramda ən böyük avtomobil səhifəsi olan @Auto.Azerbaijan da iştirak etmişdir. Avtomobil paradının işiqlandırılmasında böyük rolu olan bu səhifəyə möhtəşəm şəkilləri bizə təqdim etdiklərinə görə təşəkkür edirik. Qeyd etmək lazımdır ki bu möhtəşəm şəkillər gənc Auto Blogger - Əflatun Əfəndiyev (@aflatun.a) tərəfindən çəkilmişdir.
Bakıda möhətəşəm klassik avtomobil paradı keçirildi. - FOTO
10:49
10 Noy 2016