Bakıda bu il dekabrın 21-də “İslam Həmrəliyi ili”nin yekunlarına dair beynəlxalq konfrans keçiriləcək.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşı Rəşad Əliyarlı Türkiyədə “İslam həmrəyliyi: Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda təşkil edilmiş beynəlxalq konfransla bağlı bu gün keçirilən mətbuat konfransında deyib.
O, Bakıda keçiriləcək konfransda dini liderlərin iştirakının gözlənildiyini qeyd edib: “Konfransda Roma Papasının və digər dini liderlərin müraciəti oxunacaq”.