Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ilə Yaponiyanın ölkəmizdəki səfirliyinin müşaviri Kenji Aşida muzeylər arasında birbaşa əlaqələrin təşviqi, turizm təhsili sahəsində əməkdaşlıq və bu istiqamətlərdə konkret layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, S.Məmmədəliyeva iki ölkə arasında mədəni əlaqələrin yüksək səviyyədə olduğunu deyib. O, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan razılığını ifadə edərək, gələcəkdə qarşılıqlı dəstəyin daha da artırılacağına əminliyini nəzərə çatdırıb.