“Azərsu” ASC-nin ötən ili böyük həcmdə zərərlə başa vurması vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, əhali həmin zərərin aradan qaldırılması üçün yenidən qiymət artımına gediləcəyini düşünür.
Eləcə də bax: «Azərsu» zərərdən çıxmaq üçün - PLAN HAZIRLAYIB
Əslində zərərin yaranma səbəbi nə ilə bağlıdır və qiymət artımına gediləcəkmi?
FED.az xəbər verir ki, “Azərsu”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, baş vermiş ziyanın əsasını amortizasiya ayırmaları, yəni əsas vəsaitlərin köhnəlməsi təşkil edir:
“Amartizasiya xərclərini nəzərə almasaq, gəlirlər xərcləri tam bağlayır. Tariflərə isə dəyişiklik gözlənilmir”.
Xatırladaq ki, Azərsu” ASC 2021-ci ildəki zərəri daha da böyüməklə yarım milyard manatı ötüb. İllik zərər isə 552 mln. manatı ötüb. (Baku.WS)