Xəbər verildiyi kimi, Azərbaycanın su və kanalizasiya xidmətləri təchizatçısı «Azərsu» ASC 2021-ci ili təqribən milyard manatdan da artıq məbləğdə böyük zərərlə başa vurub.
Eləcə də bax: Dövlət şirkəti yenə böyük zərər açıqladı – 552 MİLYON MANAT - HESABAT
FED.az xatırladır ki, şirkətin illik zərəri 552 milyon manat olub, yığılmış zərəri isə 7,8 milyard manata yüksəlib.
Şirkətin açıqladığı hesabatdan məlum olur ki, 2021-ci ildə Tarif Şurasının qərarı ilə su və kanalizasitya xidmətlərinin qiymətinin artırılmasına baxmayaraq şirkətin yenə də zərərlə işləməsi həyata keçirilən iri layihələr, eləcə də satış və paylama xərclərin yüksək olması ilə bağlıdır.
Hesabatın «Fəaliyyətin fasiləsizliyi ilə bağlı» qeydlərdən məlum olur ki, xalis zərərin səbəbi hazırda həyata keçirilən infrastruktur layihələri və onlara böyük yatırımların edilməsidir. «Azərsu» su təchizatı və kanalizasiya xidmətləri üzrə dövlət inhisarının bir hissəsidir, və aktiv şəkildə yeni su kəmərlərinin və kanalizasiya sistemlərinin tikintisi sahəsində investisiya fəaliyyəti ilə məşğuldur».
Hesabatda vurğulanır ki, Qrupun əməliyyat zərərləri, əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti və dövriyyə vəsaitlərində çatışmazlıq tarixən olub.
Bununla yanaşı, hesabatda bildirilir ki, «Azərsu» rəhbərliyi gələcəkdə pul vəsaitlərinin axınını təmin etmək məqsədilə yeni infrastruktur layihələrinin tikintisi, həmçinin, mövcud qurğuların təmiri ilə bağlı Master Plan işləyib hazırlayıb. «Bu da Qrupa abunəçilərinin sayını artırmaq, debitor borclarını toplamaq, satış üzrə zərərlərini azaltmağa imkan yaradacaqdır».
Yeri gəlmişkən, hesabatda bildirilir ki, suyun qiymətinin artırılması da nəzərə alındıqda, «bu artım hazırda tikilməkdə olan əsas layihələrin başa çatmasından sonra Qrupun maliyyə vəziyyətinin yaxşılaşmasına gətirib çıxaracaqdır».