Pensiyanın minimum əməkhaqqına nisbəti 80 % nisbətindədir. Bu da ən yüksək nisbətdir.
Sosial yardımlar nə qədər artırılacaq? - DEPUTATDAN AÇIQLAMA
FED.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı əmək və sosial müdafiə naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, dövlət sosial xərcləri öz üzərinə götürərək, aztəminatlı pensiyaçıları təmin etmək üçün belə humanist addım atır: “Əmək bazarının, əməkhaqqı fondunun şəffaflaşdırılması kimi maneələr orta aylıq əməkhaqqının artmasına mənfi təsir göstərir. Azərbaycanda əməkhaqqı fondu ÜDM-nin ən azı 28-30%-nə çatmalıdır ki, pensiya və sosial sığorta sürətlə arta bilsin. Hazırda bu rəqəm 20%-dir”. (Apa)