2023-cü il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33.0 min nəfər və ya 2.0 faiz artaraq 1712.1 min nəfər olmuş, onlardan 901.1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 811.0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
FED.az bu barədə DSK-ya istinadən xəbər verir.
Muzdla işləyənlərin 19.5 faizi təhsil, 18.8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12.7 faizi sənaye, 8.3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.8 faizi tikinti, 6.5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3.5 faizi peşə, elmi və texniki fəaliyyət, 2.0 faizi maliyyə və sığorta fəaliyyəti, 14.1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
Azərbaycanda bu şəxslər il ərzində 3 dəfə əlavə maaş alacaqlar – VİDEO
2023-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11.8 faiz artaraq 856.2 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur. 2022-ci ilin sonunda iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 839.4 manat (16.8 manat artım), ötən ilin yanvarında isə 765.9 manat olub. (artım 90.3 manat)