Sosial şəbəkədə bəzi işçilərə əlavə maaş veriləcəyi ilə bağlı məlumatlar paylaşılır.
Azərbaycanda ən çox maaşı bu sahədə çalışanlar alır – MƏBLƏĞ
FED.az xəbər verir ki, Nazirlər Kabinetinin bununla bağlı qərarı olsa da bu məbləğ hamıya şamil deyil.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov Atv-yə bildirib ki, dövlət orqanlarında çalışan, amma dövlət qulluqçusu olmayan şəxslərin aylıq vəzifə maaşları müəyyənləşdirilib: “Ali kateqoriya üzrə işçilərin əmək haqları 400 manat, birinci kateqoriya üzrə 385 manat, ikinci və üçüncü üzrə 365 manat, dördüncü və beşinci kateqoriya üzrə isə 345 manat müəyyənləşib”.