Azərbaycanda hotellərin sayı artırılacaq.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov "Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar" standartının tətbiqinə həsr olunan tədbirdə bildirib.
Sektor müdiri qeyd edib: "140 min yataq yeri ilə kifayətlənməməliyik, onların sayı artırılmalıdır".
M.Qəhrəmanov bildirib ki, mehmanxanalar üçün halal standartlarının tətbiqi ölkələr üçün könüllüdür:
"Elə müsəlman ölkələrindən gələn şəxslər var ki, onlar gəldikləri mühitdən uzaqlaşmaq, bu mühitdən kənarda qalmaq istəyirlər, amma 70 faiz öz mühitində qalmaq istəyir. Bunun üçün də biz öz cəlbediciliyimizi artırmalıyıq. Halal standartın yaradılması da bu yollardan biridir".