Azərbaycanda 2023-cü ildə əmək yarmarkalarına 17 min boş iş yerinin çıxarılacağı və 1 000 nəfərin işlə təmin ediləcəyi gözlənilir.
Eləcə də bax: Publik hüquqi şəxslərə büdcədən ayrılan vəsait – 100 MİLYON MANAT ARTIRILIR
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun 2023-cü il büdcəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bunlar, 2022-ci ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə 92,1 % və 2 dəfə çoxdur.
Xatırladaq ki, bu ilin I yarısında Azərbaycanda əmək yarmarkalarına 4 430 boş iş yeri çıxarılıb və 232 nəfər işlə təmin edilib. Ötən il isə yarmarkalarda 1 274 boş iş yeri vasitəsi ilə 179 nəfər iş tapıb. (Report)