2023-cü ilin dövlət büdcəsində publik hüquqi şəxslərə ayrılan vəsait 100 milyon manatdan çox artırılacaq.
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının büdcə ilə bağlı rəyində açıqlanır.
Gələn ilin dövlət büdcəsi üçün – 6 ƏSAS RİSK - HESABLAMA PALATASI AÇIQLADI
Sənəddə bildirilir ki, 2023-ci ildə dövlət büdcəsindən ölkədəki 51 publik hüquqi şəxsə dövlət sifarişləri üçün 442,8 mln. manat nəzərdə tutulur ki, bu da cari ilin göstəricisindən 108,5 mln. manat çoxdur.
Palata bildirir ki, publik hüquqi şəxslərə dövlət sifarişi ilə yanaşı digər istiqamətlər üzrə də vəsait yönəldilir və ayrılan vəsaitin büdcə xərclərində payı əhəmiyyətlidir. Belə ki, 2021-ci ildə dövlət büdcəsi xərclərinin təqribən 5-də 1-dən çox hissəsi PHŞ-lər tərəfindən icra edilib.
2023-cü ildə də dövlət müəssisələrinə dövlət büdcəsindən maliyyə yardımı, subsidiya və digər istiqamətlərdən xərclərin ayrılmasının davam etdirilməsi proqnozlaşdırılır, layihəyə əsasən bu istiqamət üzrə bölgüsü əvvəlcədən müəyyən edilmiş xərclərin məbləği 1,0 mlrd. manatdan çox nəzərdə tutulur.