"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2 yeni elektron sistem yaradacaq".
FED.az Report-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, yeni elektron sistemin birində işəgötürənlər vakansiyaları yerləşdirəcək: "Yəni vakansiyalar virtual sistemdə yerləşdiriləcək. Digər sistem isə işaxtaranların öz CV-lərini yerləşdirməsi üçün nəzərdə tutulub. Bu sistemlər vətəndaşların işini asanlaşdıracaq".