Azərbaycanın müxtəlif bölgələrində 6 yeni cəzaçəkmə müəssisəsi tikilir.
Bunu jurnalistlərə Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov deyib.
Onun sözlərinə görə, yeni cəzaçəkmə müəssisələri Kürdəmirdə, Lənkəranda, Gəncədə və digər ərazilərdə tikilir:
"Cəzaçəkmə müəssisələrinin müxtəlif regionlarda olması onunla bağlıdır ki, vətəndaşlar yaxınlarının yanına gedəndə əziyyət çəkməsinlər. Cəzaçəkmə müəssisələrindəki şərait yüksək səviyyədədir və mütəmadi olaraq məhkumların saxlanma şəraiti yaxşılaşdırılır. Onların televizora baxmaq, telefonla danışmaq hüquqları tam təmin olunur".